XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dubay polisi niyə "Ferrari" və "Lamborghini" sürür? - Məsələ sürətdə deyil
Dünya21:42 25.08.2026

Dubay polisi niyə "Ferrari" və "Lamborghini" sürür? - Məsələ sürətdə deyil

Dubay avtomobillər arasında dəbdəbənin təcəssümü kimi tanınır. Şəhərdə çoxsaylı bahalı avtomobillərə rast gəlmək mümkündür. Hətta Dubay polisinin də parkında lüks avtomobillər yer alır.

Qaynarinfo xəbər verir ki, “Jalopnik”in yazdığına görə, Dubay polisinin parkına qiyməti yüz minlərlə, hətta milyonlarla dollar olan superkarların daxil edilməsinin əsas səbəbi hüquq-mühafizə fəaliyyətindən daha çox ictimaiyyətlə əlaqələr və imiclə bağlıdır.

Bildirilir ki, superkarlardan ibarət bu park Dubayı müasir və çiçəklənən şəhər kimi təqdim etməklə yanaşı, onun beynəlxalq arenadakı imicini də gücləndirir. Bununla belə, bu avtomobillərin bir çoxundan patrul xidməti və ya yüksək sürətli təqiblər üçün demək olar ki, istifadə edilmir.

Dubay polisinin rəhbəri bir dəfə jurnalistlərə açıqlamasında bu elit avtomobillərin insanlarda, xüsusilə turistlərdə təəssürat yaratmaq üçün lazım olduğunu bildirmişdi.

Dubay polisinin avtomobil parkında “Bugatti Veyron”, “Porsche 918 Spyder”, “Lamborghini Aventador” və “Audi R8” kimi hiperkar və superkarlar yer alır. Bundan başqa, “Mercedes Brabus G63” lüks yolsuzluq avtomobili, 900 at gücünə malik “Lotus Eletre R” elektrik avtomobili və qeyri-adi “Tesla Cybertruck” elektrik pikapı da parkın tərkibindədir.

Dubay polisi parkının ən dəbdəbəli avtomobillərindən biri “Mansory” atelyesinin xüsusi tüninqindən keçmiş “Rolls-Royce Cullinan”dır. Yerli polis əməkdaşlarının sərəncamında həmçinin “Mercedes-AMG G63”, “Ferrari Purosangue” və “Mansory” tüninqli “Lamborghini Revuelto” da var.

Daha əvvəl Monterrey avtomobil həftəsi çərçivəsində “Ferrari CZ26” adlı eksklüziv superkar təqdim edilmişdi. Avtomobil şirkətin amerikalı müştərilərindən biri üçün yalnız bir ədəd istehsal olunub.

Unikal avtomobilin əsasında “Ferrari SF90 Stradale” kupesi dayanır. CZ26 əsas modelin ümumi siluetini qorusa da, kuzovunun dizaynı tamamilə fərqli şəkildə hazırlanıb.

Superkar ümumi gücü 1 000 at gücü olan doldurula bilən hibrid sistemlə təchiz edilib. Sistem 4,0 litrlik turbomühərrikli V8 mühərriki və üç elektrik mühərrikini birləşdirir.

“Ferrari CZ26” 0-dan 100 km/saat sürətə 2,5 saniyəyə, 200 km/saat sürətə isə 6,7 saniyəyə çatır. Superkarın maksimal sürəti 328 km/saatdır. Yalnız elektrik enerjisi ilə hərəkət məsafəsi isə təxminən 25 kilometrdir.

Aydın