Dünya 16:48 10.12.2013

Dükan gəzməkdən bezib, intihar etdi


Çində alış-verişə çıxan Tao Hsiao adlı gənc sevgilisinin daha çox mağaza gəzmək təklifinə dözməyərək, intihar edib.

Qaynar.info
xəbər verir ki, Tao Hsiao sevgilisi ilə birlikdə alış-verişə çıxıb.

5 saat davam edən alış-verişdən sonra Tao yorulduğunu deyib və evə getmək istəyib. Lakin sevgilisi israr edərək ona başqa mağazaları da gəzmək istədiyini bildirib. 38 yaşlı kişi bu israra dözməyərək özünü ticarət mərkəzindən atıb.

Şahidlər onun "kifayət qədər mağaza gəzdik, daha bəsdir" deyə bağırdığını, lakin qadının sonuncu mağazaya girməkdə israr etdiyini deyiblər.

Qaynar.info