Sənət 18:08 17.10.2018

"Dunqa" kitabı təqdim olunacaq

Oktyabrın 18-də, saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazar Tapdıq Əhmədin "Dunqa" kitabının təqdimatı olacaq. 

Qaynarinfo xəbər verir ki, bu, müəllifin oxucuları ilə ilk görüşü olacaq.

Tapdıq Əhməd 1983-cü ildə Bərdə rayon, Həsənli kəndində anadan olub. ADPU-nun biologiya fakültəsində və Bakı Slavyan Universitetinin ədebi yaradıcılıq fakültəsində təhsil alıb. Tələbəlik illərindən ədəbi mühitlə sıx əlaqədə olub, Gənc ədiblər məktəbinin fərdi diplomu ilə təltif edilib. Dövrü mətbuatda çap olunub. AYB-nin üzvüdür, prezident təqaüdçüsüdür.