Dünya 23:10 03.06.2018

Dünya böyük təhlükənin astanasında: 20 il ərzində...

Elm adamlarının apardığı araşdırmalar son bir neçə onillikdə milyardlarla heyvan növünün yox olması ilə təbiətdə bioloji böhranın yaşandığını üzə çıxarıb.

Alimlər araşdırmaların nəticəsini "kütləvi yox olma” kimi şərh edirlər.

Heyvanlar aləmində növlərin azalması probleminin səbəbi kimi insanın nüfuzunun çoxalması və buna bağlı olaraq həddən artıq qida sərfiyyatı göstərilib. Bu problem isə insanlığın sonunu gətirə bilər.

Quruda yaşayan heyvanlar üzərində aparılan araşdırma son yüzillikdə heyvan növlərinin yarısının çeşidliliyinin 80% azaldığını ortaya çıxarıb.

Alimlər önümüzdəki 20 il ərzində heyvanlar aləminin daha böyük bioloji zərbələr alacağını ehtimal edirlər. Onlar, həmçinin, bioloji yox olmanın ekoloji, iqtisadi və sosial böhranlara yol açacağını da qeyd ediblər.

Dünyanın dörd bir yanında milyonlarla heyvanın tələf olması sivilizasiyanın 6-cı kütləvi məhvinə çox yaxın olduğunu göstərir. (Publika.az)