İdman 14:31 06.10.2017

Dünya çempionatı üçün tikilən stadion yandı (FOTOLAR)

2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatı üçün tikilən Nijni Novqorod stadionunda yanğın olub.

"Qaynarinfo" xəbər verir ki, ötən gün yerli vaxtla saat 13.30-da 45 min azarkeş tutumu olan stadionun üzərini qara duman bürüyüb.

Rusiya Fövqəladə Hallar Komitəsindən verilən məlumata görə, yanğın zamanı insan itkisi olmayıb və hadisənin səbəbləri araşdırılır. 

Stadion rəsmiləri isə yanğının tikinti işlərini yubatmayacağını və vaxtında təhvil veriləcəyini bildiribər.

Aydın

Qaynarinfo.Az