Dünya gözəlləri Bakıya gəldi - FOTOLAR

Dünya gözəlləri Bakıya gəldi - FOTOLAR

Dünyanın müxtəlif ölkələrindən olan gözəllər "Miss Globe İnternational" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalında iştirak etmək üçün Azərbaycana gəliblər.

Axşam.az-ın məlumatına görə, müsabiqəsinin finalı sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Hazırda müsabiqə iştirakçıları təşkilat komitəsinin nümayəndələrinin rəhbərliyi altında təlimlərə başlayıblar.

Qeyd edək ki, sözügedən müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. İştirakçılardan savayı həmin gün finalında iştirak etmək üçün paytaxtımıza məşhur ifaçılar və aktyorlar gələcək. Onlar arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy, İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu da var.

Müsabiqə dünyanın 70-dən çox ölkəsinə yayımlanacaq.

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR