Texnologiya 17:15 28.05.2019

Dünya ölkələrində internetin sürəti: Azərbaycan neçəncidir? (SİYAHI)

Region ölkələri arasında ən sürətli internetin olduğu ölkə Ukrayna hesab olunur.

Dünyanın 196 ölkəsinin yer aldığı siyahıda Ukrayna internetin sürətinə görə ən yaxşı nəticə göstərən 37-ci ölkə olub. Ukraynada internetin orta sürəti 12,8 megabitə (Mbps) bərabər olub.

Azərbaycan siyahıda 98-ci sırada qərarlaşıb. Bildirilir ki, Azərbaycanda internetin sürəti 5,7 Mbps-ə bərabərdir. Bu göstəriciyə görə Azərbaycan region ölkələri arasında Ermənistandan, Türkmənistandan və Tacikistandan öndə qərarlaşıb.

Region ölkələrinin 196 ölkə arasındakı mövqeyi və internetin orta sürəti belə olub:

37. Ukrayna - 12,8 Mbps 
44. Rusiya - 11,8 Mbps 
50. Qazaxıstan - 10,6 Mbps 
52. Belarus - 9,8 Mbps 
61. Gürcüstan - 8,8 Mbps 
74. Türkiyə - 7,6 Mbps 
98. Azərbaycan - 5,7 Mbps 
103. Ermənistan - 5,2 Mbps 
109. İran - 4,7 Mbps 
125. Türkmənistan - 3,6 Mbps 
151. Tacikistan - 2,6 Mbps 

Məlumat üçün onu da qeyd edək ki, internetin ən sürətli olduğu ölkə Cənubi Koreya hesab olunur. Bu ölkədə internetin orta sürəti 28,5 Mbps-ə bərabərdir. İnternetin sürətlinə görə dünya ölkələrinin ilk 5-liyinə Norveç (23,5 Mbps ), İsveç (22,5 Mbps), Honk Konq (21,9 Mbps) və İsveçrə (21,7 Mbps) daxil olub.

İnternetin ən zəif olduğu ölkələrin başında isə Mali dayanır. Malidə internetin orta sürəti 0,77 Mbps təşkil edir. Malidən sonra internetin ən zəif olduğu ölkə Komor adaları (0,82 Mbps) və Niger (0,83 Mbps) hesab olunur. (Yeniavaz.com)