Ekonomiks 09:40 03.01.2014

Dünya milyarderləri bu il nə qədər qazandılar?


Dünyanın 300 ən zəngin şəxsinin aktivləri 2013-cü il ərazində 524 milyard dollar artıb

Dünyanın 300 ən zəngin şəxsinin aktivləri 2013-cü il ərazində 524 milyard dollar artıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Bloomberq” tərəfindən tərtib olunan milyarderlərin siyahısına görə, onlar dekabrın 31-ə kimi 3,7 trilyon sərvəti idarə ediblər. Bundan əlavə, 2013-ci ildə 300 ən zəngin insandan 70-nin gəlirləri azalıb.

Hamından çox var-dövlətini artıran isə Microsoft şirkətinin yaradıcısı Bill Qeyts olub. Onun varidatı 2013-cü ildə 15, 8 milyard dollardan 78 milyard dollara çatıb. Miscrosoftun səhmləri də 40% artıb. Las-Veqasda böyük kazinolar şəbəkəsinin sahibi olan Şeldon Adelsonun sərvəti isə 14,4 milyard dollara çatıb.

İlk üçlüyə daxil olan digər bir milyarder isə meksikalı Karlos Slimdir. Onun sərvəti isə bu il ərzində 1,4 milyard dollar azalıb.

Qaynar.info