Ekonomiks 11:58 13.04.2013

Dünya nəhəngi Türkiyənin ən böyük telekanalını alır

Dünya mediasının imperatoru milyarder Rupert Murdohun Türkiyənin ən böyük telekanallarından biri olan ATV-ni alacağı bildirilib. 

Qaynar.info-nun türk mətbuatına istinadən verdiyi məlumata görə, əvvəllər də bir neçə dəfə bununla bağlı görüşlər keçirən avstraliyalı media imperatoru nəhayət ATV telekanalını Çalık Qrupundan almağı bacarıb. Murdohun sahibi olduğu "News Corporation"la aparılan danışıqlardan sonra protokolun imzalandığı, hələlik rəsmi müqavilənin elan edilmədiyi bildirilib. 

Qeyd edək ki, Murdohun "News Corporation"un Türkiyədə Fox Tv adlı kanalı fəaliyyət göstərir. 

Qaynar.info