Ölkə 17:40 30.09.2020

Tanınmış müğənnidən İrana: "Türkə hörmət etmirsiniz, barı öz dininizə hörmət edin"

Əməkdar artist, dünya şöhrətli sənətçi Yaqub Zurufçu sosial şəbəkədə İrandan Ermənistana silah daşınması ilə bağlı görüntüləri əks etdirən videolara münasibət bildirib.


Qaynarinfo xəbər verir ki, sənətçi İranın bu hərəkətini 50 milyon Azərbaycan türkünə hörmətsizlik kimi qiymətləndirib:


"İranın bu hərəkəti təkcə Azərbaycan Respublikasına deyil, həm də 50 milyon türkə hörmətsizlikdir. Türkə hörmət etmirsiniz, barı öz dininizə hörmət edin”, - deyə Yaqub Zurufçu bildirib.


Qeyd edək ki, iki gündür sosial şəbəkələrdə İ̇randan Qarabağa silah daşınmasına dair videolar yayılır. Bu fakt insanlarda ciddi narahatlığa səbəb olub. Buna etiraz edən güney azərbaycanlıları dünən gecə həmin maşınlardan birini yandırıblar. Rəsmi Tehran isə İrandan Qarabağa silah deyil, adi yük daşındığını iddia edib.

 

Alpər