Dünya şöhrətli müğənninin qeyri-qanuni övladı

Dünya şöhrətli müğənninin qeyri-qanuni övladı

Dünya şöhrətli ispan müğənni Enriki İqlesiasın atası və digər dünya şöhrətli müğənni Xulio İqlesiasın qeyri-qanuni övladının olduğu müəyyənləşib.

"Qaynarinfo" "Telegraph"a istinadən xəbər verir ki, Xulio İqlesiasın portuqaliyalı balerinadan olan övladının 40 yaşı var.

Bu iddia ilk dəfə 1990-cı illərdə irəli sürülüb, lakin məlumat İqlesias tərəfindən inkar olunub, həmçinin məhkəmə müğənninin lehinə qərar çıxarıb. 

Belə ki, Xavier Santos adlı şəxsin DNK analizləri onun Xulio İqlesiasın oğlu olduğunu təsdiq edir. 

Mayamidə yaşayan 73 yaşlı Xulio bu xəbərə hələlik münasibət bildirməyib. 

Latın ölkələri tarixində ən çox dinlənilən müğənni olan Xulio İqlesias artıq 9 övladın sahibidir. 

Gülşən

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR