Video 11:25 07.02.2018

Dünya tarixi anları seyr etdi: Marsa raket göndərildi (FOTO/VİDEO)

Kosmik nəqliyyat şirkəti "SpaceX" və elektrik avtomobili istehsalı ilə məşğul olan "Tesla" şirkəti "Falcon Heavy" raketini Marsa yola saldı.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Falcon Heavy"nin içinə "Tesla Roadster" elektrik maşını yerləşdirilib. Uçuşdan sonra kapsuladan ayrılan yan raketlər dünyaya geri qayıdıb, mərkəzi raket isə platformadan 100 m kənarda dənizə düşüb. Uçuş uğurla həyata keçirilib. Dünyanın ən güclü raketlərindən olan "Falcon Heavy" böyük yük daşıma qabiliyyətinə sahibdir və çəkisi 2250 tondur. Raketin 737 sərnişin təyyarəsini daşıya biləcək potensialı var. 

Uçuşun həyata keçirilməsi ilə ilk dəfə dövlət yox, özəl şirkət belə ciddi layihəyə imza atmış oldu. İlk sınaq uçuşunu həyata keçirən "Falcon Heavy"də yerləşdirilən "Tesla Roadster"in sükanında "SpaceX"in xüsusi geyimi geyindirilmiş model yerləşdirilib. 

Kapsulada yer alan "Tesla Roadster" maşını təxminən 6 ay sonra Marsa çatacaq. Vasitənin sürəti saatda 40 min km-ə çatır. Bu rəqəm, işıq sürətini geridə qoyur. Avtomobil Yerdən 400 milyon km uzağa gedəcək.

Layihənin həyata keçirən şirkətlərin rəhbəri olan Elon Mask bildirir ki, nəqliyyat vasitəsi Marsın orbitində milyonlarla, hətta milyardlarla il qala bilər. Maşında dünya şöhrətli müğənni Deyvid Bouinin "Space Oddity" mahnısı səslənəcək. 

Qeyd edək ki, Mask təxminən 90 milyon dollara başa gələn uçuşun uğurlu alınma ehtimalını 50% qiymətləndirmişdi.

Uçuş insanların Marsa səyahəti və Marsa köçməsi istiqamətində ciddi hadisə hesab olunur.

Maskdan əlavə, NASA və "Amazon"un yaradıcısı milyarder Ceff Bezos da oxşar layihələr üzərində çalışır. 

Gülşən