İdman 16:53 06.01.2022

Dünya ulduzu "Qarabağ"a təklif olundu

"Qarabağ”ın avrokuboklarda mübarizəni davam etdirməsi əksər futbol menecerlərinin də diqqətini cəlb edib. Ağdam klubuna çox sayda futbolçu təklif olunub ki, onlar arasında tanınmış simalar da var. Azərbaycan klubuna təklif olunan oyunçulardan biri isə Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellainidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə apasport.az saytı məlumat yayıb. Onun menecerliyini edən şirkət Fellaininin avrokuboklarda çıxış edən komandalardan birinə keçməsində maraqlıdır. Bu üzdən yarımmüdafiəçinin xidməti bir neçə kluba təklif olunub ki, onlar arasında "Qarabağ” da var. Ancaq futbolçunun yaşı və "Qarabağ”da bu mövqedə kifayət qədər oyunçunun olması Ağdam klubunda tərəddüd yaradıb.
 
Ağdam klubunun mətbuat katibi Gündüz Abbaszadə isə offsideplus.az-a açıqlamasında belə bir xəbərin yanlış olduğunu və heç bir menecerdən təklif almadıqlarını bildirib.

Qeyd edək ki, Mərakeş əsilli futbolçu 1987-i ildə Brüsseldə başlayıb və futbolun sirrlərini Belçikanın "Anderlext", "Mons", "R. Francs Borains", "Şarlue", "Standard" klublarında öyərnib. 2006-cı ildə "Standard"la peşəkar müqavilə imzalayan Fellaini iki il sonra 21.76 milyon avroya İngiltərənin "Everton" klubuna transfer olunub. 2013-ci ildə "Mançester Yunayted" onu 32.4 milyon avro qarşılığında heyətinə qatıb. Yarımmüdafiəçi 2019-cu ildə 7.2 milyon avroya Çinin "Şandun Tayşan” klubuna keçib.

O, "Mançester Yunayted"lə İngiltərə Federasiya Kubokunun, Liqa Kubokunun, Super Kubokunun, Avropa Liqasının qalibi olub və UEFA Super Kubokunda oynayıb. "Şandun Tayşan"la isə Çin Super Liqasının və Federasiya Kubokunun qızıl medallarını qazanıb.

2007-ci ildən Belçikanın əsas millisinə dəvət alan Fellaini 2018-ci ilədək 87 oyunda 18 qol vurub. O, DÇ-2018-in bürünc medalını qazanıb.