Dünya 18:53 18.03.2018

Dünyaca məşhur hakerin ölüsü tapıldı

Dünyaca məşhur haker Adrial Lamo 37 yaşında ölüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Lamonun atası sosial şəbəkə hesabında məlumat yayıb.

"Böyük hüzn və sınmış bir qəlblə Adrianın öldüyünü bildirməliyəm. Parlaq zəka sahibi və mərhəmətli bir ruh bu dünyadan getdi. O, mənim sevimli oğlumdu", - deyə hakerin atası yazıb.

Lamonun cəsədi qonşusu tərəfindən tapılıb. Onun hansı necə öldüyü haqqında məlumat verilməyib.

ABŞ-ın Kanzas ştatında yaşayan Adrian ilk dəfə 2000-ci ildə Nyu-York Tayms, Microsoft və Yahoo-nun sistemlərinə sızması ilə tanınmağa başlamışdı.
 
Hakerin ölümünün müəmmalı olmasının əsl səbəbi isə ABŞ ordusu ilə bağlı baş verən hadisələr olub.

Belə ki, Lamo daha çox ABŞ ordusunun Əfqanıstan və İraqdakı cinayətlərini özündə əks etdirən 750 min sənədi WikiLeaks-ə sızdıran, daha sonra cinsiyyətini dəyişdirərək Çelsi Meyninq adını alan əsgərin əslində Bredli Meyninq olmasını FTB-yə deməsilə tanınmışdı.
 
ABŞ hərbçisi Meyninq onunla yazışmalarında, "Wikileaks”ə məxfi materialları, o cümlədən 2007-ci ildə İraqda ABŞ helikopterindən insanların güllələnməsi görüntüsünü ötürdüyünü bildirib.

Lamo bu barədə FTB-ni məlumatlandırıb və Menninq saxlanılaraq, 35 il müddətinə azadlıqdan məhrum edilib. Barak Obamanın prezidentliyi dövründə o, əfv fərmanından sonra azadlığa çıxıb.

Lamo hələ 2011-ci ildə bildirmişdi ki, o, informatoru könüllü şəkildə "satmayıb”, onu buna məcbur ediblər.

"Wikileaks” təsisçisi Culian Assanc  Lamonu "vicdanla bağlı heç bir anlayışı olmayan yazıq fırıldaqçı” adlandırmışdı.