Dünya 19:37 07.09.2018

Dünyada 750 milyon insan oxuyub-yazmağı bacarmır

UNESCO dünyada son 50 ildə oxuyub-yazmağı bacara bilən insanların sayında artım olduğunu, lakin hələ də 750 milyon insanın bunu bacarmadığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, 750 milyonun 2/3-si qadınlardır. Təhsilsiz əhalinin 45%-i Cənubi Asiyada, 10%-i Şərqi və Cənub-şərqi Asiyada, 27%-i Cənubi Afrikada, 9%-i Şimali Afrika və Qərbi Asiyada, 4%-i isə Latın Amerikası və Qəraib bölgəsində yaşayır. Son illərdə ən böyük irəliləyiş Şərqi və Cənubi Asiya ilə Qərbi Afrika ölkələrində əldə edilib. 

1996-cı ildən bəri oxuyub-yaza bilməyən gənclərin sayı 170 milyondan 102 milyona enib. 50 il əvvəl gənclərin 25%-i, hazırda isə 10%-i minimal təhsildən məhrumdur. 

Tamamilə təhsilsiz insanların 59%-ini qadınlar təşkil edir. 

UNESCO 1967-ci ildə 8 sentyabr tarixini Dünya Oxuyub-Yazma Günü elan edib. Bu tarixdə təşkilat təhsilin əhəmiyyəti barədə müxtəlif fəaliyyətlər təşkil edir. 

Gülşən