Dünya 09:26 01.02.2018

Dünyada hər 2 saniyədə bir qız uşağı evləndirilir

İngiltərənin "Girls Not Brides" (Qızlar gəlin deyil) qeyri-hökümət təşkilatı 2018-ci ilə aid hesabatı yayımlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hesabata görə hər il azı 15 milyon qız uşağı 18 yaşından tez evləndirilir. Dünyada hər 2 saniyədə bir qız uşağı ailə həyatı qurmağa məcbur edilir. Təşkilat bu günə qədər 700 milyon qadının uşaq yaşda evləndirildiyini qeyd edib. Ən pis vəziyyət olan ölkə Nigeriyadır. Say hesabına görə isə Hindistan liderdir. Ümumilikdə qızların uşaq yaşda evləndirilməsi Afrika və Uzaq Şərqdə daha çox müşahidə edilir. Avropada isə Türkiyə yetkinlik yaşına çatmamış qızların evləndirilməsi məsələsində ilk yerdədir.

Gülşən