Dünya 14:12 19.09.2018

Dünyada hər 5 saniyədə 1 uşaq ölür

Hər 5 saniyədə 1 uşaq qarşısı alına biləcək səbəblərdən və ya xəstəlikdən ölür.

Qaynarinfo-nun məlumatına görə, bu barədə BMT-nin hesabatında bildirilib. Hesabatda həmçinin qeyd olunub ki, 2017-ci ildə təxminən 6,3 milyon uşaq dünyasını dəyişib və 5,4 milyon uşağın ölümünə həyatlarının son 5 ilində yaranmış problemlər səbəb olub.

Yeni doğulan körpə ölümlərinin ümumilikdə uşaq ölümlərinin yarısını təşkil etdiyi qeyd olunan hesabatda təcili tədbirlər görülməsə, 5 yaşından az təxminən 56 milyon uşağın 2030-cu ilə qədər dərman, içməli su, elektrik və peyvənd çatışmazlığı səbəbindən həyatını itirəcəyi bildirilib.

Ötən il 5 yaşdan aşağı uşaq ölümlərinin yarısının Afrikada, 30 faizinin isə Cənubi Asiyada meydana gəldiyi vurğulanıb.

Hesabatda Afrikada hər 13 uşaqdan birinin 15 yaşına çatmadan həyatını itirdiyi qeyd olunur.