Xəbər lenti

Dünyada ilk dəfə: türk futbolçu
Texnologiya 09:15 31.01.2018

Dünyada ilk dəfə: türk futbolçu "Bitkoin"lə transfer olundu

Türkiyənin həvəskarlar liqasında çıxış edən "Harunustaspor" "Karasu Kültürspor"dan Ömer Faruk Kıroğlunu transfer edib. Qaynarinfo xəbər verir ki, transfer futbol tarixində ilk dəfə dünyanın ən bahalı kriptovalyutası olan "Bitkoin"lə reallaşdırılıb.

Klub prezidenti Haldun Şehit futbolçuya 2 min lirə dəyərindəki 0.0524 "Bitkoin" və 2500 lirə təklif edib. Ümumilikdə 4500 lirəyə çatan təklifi qəbul edən Ömer Faruk Kıroğlulu "Harunustaspor"la müqavilə imzalayıb.

Bunun dünyada ilk dəfə "Bitkoin"lə edilən transfer olduğunu bildirən Haldun Şehit "Ölkədə və dünyada səs salacaq addım atdıq. Bu Türkiyədə, hətta dünyada ilk oldu. Peşəkar klub etsəydi televiziyalar da göstərərdi. Amma biz həvəskar olaraq ilki gerçəkləşdirdik" deyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->