Dünyada ilk: günəş enerjisi ilə işləyən dəmir yolu istifadəyə verildi

Dünyada ilk: günəş enerjisi ilə işləyən dəmir yolu istifadəyə verildi

"Riding Sunbeams” şirkəti Britaniyanın Hempşir şəhərində dünyada günəş enerjisi ilə işləyən ilk dəmiryolu xəttini istifadəyə verib.

Qaynarinfo "ictnews”a istinadla xəbər verir ki, sözügedən dəmiryol xəttinin uzunluğu çox olmasa da, artıq eksperimental deyil, davamlı işləyir.

Şirkət rəsmisi 2020-ci ildə şəhərətrafı dəmiryol xətlərini yeni enerji mənbəyinə keçirməyə söz verib.

Kontakt relsinə enerji birbaşa günəşdən deyil, kabel vasitəsilə yaxınlıqda yerləşən günəş elektrik stansiyasından verilir. Yaxınlıqda yerləşən fermer təsərrüfatında enerji generasiya edən 100 günəş paneli quraşdırılıb.

Bu layihənin özəlliyi odur ki, günəş elektrik stansiyası xüsusi olaraq dəmir yolu üçün qurulub.
XƏBƏRLƏR
BLOGLAR