Dünya 09:57 11.05.2021

Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada son bir gündə koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 677 545 hal qeydə alınıb, COVID-19-dan 11 061 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 157 973 438, ölüm hallarının sayı 3 288 455 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 334 764 nəfər virusa yoluxub. Daha sonra Hindistan (22 662 575) və Braziliya (15 145 879) gəlir.