Dünya 13:21 06.02.2013

Dünyanın axtardığı adam Türkiyədə çıxdı

ABŞ-ın Ankarada oteldə saxlanılan Əl Qaidə terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin kürəkənini Türkiyədən istədiyi ortaya çıxdı.

Qaynar.info-nun məlumatına görə, terror təşkilatının sözçüsü olan Küveyt əsilli Süleyman əbu Qeytin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə verillib verilməyəcəyi məlum deyil.  

Küveytin 2001-ci ildən vətəndaşlıqdan çıxardığı əbu Qeyt ABŞ-a verilməsi ilə bağlı tələb Ədliyyə Nazirliyi tərəfindən edilib. Onun ABŞ-a verilib verilməməsi tamamilə Türkiyənin ixtiyarınadır.

Qeytin yaxınları onun Türkiyəyə siyasi sığınacaq almaq almaq məqsədilə gəldiyini deyiblər.

Qeyd edək ki, Qeyt bin Ladenin qızı Fatma ilə evlidir.

Qaynar.info