Dünya 18:22 03.11.2019

Dünyanın bu bölgəsində canlı orqanizmlər yoxdur

Dünyada canlı orqanizmlərin olmadığı yer müəyyənləşib.

Qayanrinfo xəbər verir ki, bu kəşfi fransalı alimlər edib. 

"Nature Ecology & Evolution” jurnalında bununla bağlı aparılan aparaşdıra barədə məqalə nəşr olunub. Məqalədə bildirilir ki, Efiopiyanın Dallol vadisində heç bir bakteriyanın olmadığı müəyyən edilib. Tədqiqatçılar bu vadidəki suyun tərkibinin isti, turşu (pH ~ 0), həmçinin çox miqdarda maqneziumdan ibarət olan şoran məhluldan ibarət olduğunu öyrənib.

Alimlərin qeyd edir ki, suyun belə bir tərkibi canlı hüceyrələrin məhv olmasına səbəb olur.