Dünya 18:41 08.11.2017

Dünyanın dağılacağı tarix açıqlandı

Məşhur ingilis fizik Stiven Hokinq dünya barədə yeni açıqlamalar verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Hokinq dünyanın sonunun yaxın olduğunu və çıxış yolunun digər planetə köçmək olduğunu deyərək planetin 2600-cü ilə yaşamaq üçün yararsız yerə, alov topuna çevriləcəyini, insan nəslinin kəsiləcəyini qeyd edib. O bildirib ki, buna səbəb artan insan sayı və enerji ehtiyacıdır. 

Çinin paytaxtı Pekində keçirilən "Tencent WE" konfransına video-konfransla bağlanan Stiven Hokinq Yerə uyğun yeni planetin tapılmasının vacibliyini vurğulayaraq Günəş sisteminə yaxın "Alpha Centauri" sistemində insanların yaşaması üçün əlverişli planetin axtarışını nəzərdə tutan "Breakthrough Starshot" layihəsinə dəstək istəyib. 

Qeyd edək ki, "Alpha Centauri" sisteminə kosmik gəmi vasitəsilə işıq sürətilə 20 il ərzində çatmaq mümkündür. Bu sistem barədə ətraflı məlumatı yalnızca 2050-ci ildən sonra əldə etmək mümkün olacaq.

Gülşən
Qaynarinfo.Az