Foto 12:59 12.03.2018

Dünyanın ən bahalı fotoaparatı (FOTOLAR)

1923-cü ildə prototip kimi istehsal edilən "Leica" markalı, 122 nömrəli fotoaparat Avstriyanın paytaxtı Vyanada "Westlicht" auksion mərkəzində rekord qiymətə satılıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 1923-cü ilə aid nadir nümunə 2,4 milyon avro qarşılığında asiyalı kolleksiyaçıya qismət olub. Fotoaparat üçün 700-900 min avro dəyər müəyyənləşdirilsə də, bu məbləğdən olduqca yüksək qiymət verilib.

6 il əvvəl 116 nömrəli "Leica" markalı fotoaparat 2,16 milyon avroya satılmışdı. Bu model son illərdə tarixin ən bahalı fotoaparatı hesab edilirdi.

Gülşən