İdman 15:43 02.11.2013

Dünyanın ən bahalı klubları arasında üç türk klubu

Dünyanın ən bahalı 50 klubunun adı açıqlanıb.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, siyahıya 860 milyon avro ilə ötən mövsüm Çempionlar Liqasını qazanan "Bavariya" klubu başçılıq edir. 

"Mançester Yunayted" ikinci (837 milyon avro), Madrid "Real"ı isə 621 milyon avro ilə üçüncüdür. Türkiyədən üç klub da dünyanın ən bahalı komandaları arasına daxil ola bilib. Siyahıda "Qalatasaray" 17-ci (116 milyon avro), "Fənərbaxça" 22-ci (95 milyon avro), "Beşiktaş isə 36-ci (71 milyon avro) pillədə qərarlaşıb.

Qeyd edək ki, klubların marka dəyərləri hesablanarkən yayım haqları, sponsorluq, bilet və digər satışlar, borclar və qazanclara diqqət yetirilir.

Qaynar.info