Dünyanın ən bahalı kurortu açıldı

Dünyanın ən bahalı kurortu açıldı

Dünyanın ən bahalı kurortu fəaliyyətə başlayıb.

Qaynarinfo xəbər verir ki, kurort Filippində açılıb.

"Banwa Private Island” adlanan kurort Palavan arxipelaqında bütöv bir adanı əhatə edir. Müsafirlər oraya Maniladan hava yolu vasitəsilə çata biləcəklər. Doqquzyerlik hidrotəyyarədə uçuşun qiyməti 990 dollar, beşyerlik helikopterdə isə 11,6 min dollardır.

6 villadan ibarət "Banwa Private Island” kurortunda qalmaq sutkada 100 min dollara başa gəlir. Hər villada ayrıca kənarları olmayan hovuz var.

Ziyarətçilər sualtı üzgüçülüklə, yoqa və tennislə məşğul ola bilərlər. Həmçinin SPA və restoranda dincələ, su motosikleti və katamaranlarda gəzə bilərlər. Adada həmçinin ekzotik quşlara və dəniz tısbağalarına rast gəlmək mümkündür. Onlar barəsində "Banwa Private Island” kurortunda çalışan mütəxəssislər qonaqlara məlumat verə bilərlər.
XƏBƏRLƏR
BLOGLAR