Dünya 14:24 07.11.2013

Dünyanın ən bahalı sabunu

Dünyanın ən bahalı sabunu Livanda istehsal olunub.

Qaynar.info
xəbər verir ki, tərkibində 17 qram qızıl tozu və 3 qram almaz tozu olan "Qatar" adlı bu sabunun qiyməti 2800 dollardır.

Uzun müddətdir sabun bişirməklə məşğul olan "Sabun Evi"nin rəhbəri Əhməd Hassun bir belə sabunun ərsəyə gəlməsi üçün ay yarım vaxt lazım olduğunu deyib.

"Qatar" sabununu dəriyə canlılıq vermək məqsədilə istehsal etdiklərini deyən Hassun 2800 dollarlıq sabunun tərkibində qızıl və almaz tozlarından başqa təbii ətirlər və yağlar da olduğunu deyib.

Sabunun kütləvi istehsalına yaxın vaxtlarda başlayacaqlarını deyən Hassun məhsullarını Qatarda keçiriləcək sərgidə nmayiş etdirəcəklərini bildirib.

Hassun dünyanın ən bahalı sabunu ilə Ginnesin Rekordlar Kitabına girmək istədiklərini də qeyd edib.

Qaynar.info