Dünyanın ən balaca körpəsi doğuldu: alma boydadır (FOTOLAR)

Dünyanın ən balaca körpəsi doğuldu: alma boydadır (FOTOLAR)

Dünyada bir ilk daha yaşanıb.

Qaynarinfo medicina.az-a istinadən xəbər verir ki, Amerikada dünyanın ən balaca körpəsi dünyaya gəlib. San Dieqodakı "Sharp Meri Biç" Xəstəxanasının həkimləri bildiriblər ki, bu, çox nadir hadisədir.

Körpə vaxtından əvvəl doğulub. "Uşaq doğulanda cəmi 245 qram çəkisi var idi və dəqiqliklə alma boyda idi" - deyə həkimlər bildirib. Ayova universitetinin rəsmi statistikasına görə, bu qız uşağı dünyanın ən kiçik uşağı hesab edilə bilər.
 
Qeyd edək ki, körpə 5 ayına qədər xəstəxanada qalıb. Hazırda isə uşaq tam sağlamdır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR