Foto 13:15 10.02.2019

Dünyanın ən çox qazanan idmançısının lüks həyatı (FOTOLAR)

İldə 285 milyon dollar qazanaraq, Kriştiano Ronaldo və Lionel Messini kölgədə qoyan dünyanın ən çox qazanan idmançısı adına sahib olan amerikalı boksçu Floyd Meyvezer son günlərdə verdiyi açıqlaması ilə diqqət çəkib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ildə sərvəti 1 milyard dollara yaxın olan döyüşçü UFC ilə ancaq 1 milyard dollara müqavilə bağlaya biləcəyini deyib.

"Həyatda hər şeyə sahibəm", - deyən idmançı lüks həyat tərzi ilə də diqqət mərkəzindədir.

O, ötən günlərdə verdiyi açıqlamasında 100-dən çox avtomobilinin olduğunu və 3 yeni avtomobil də aldığını demişdi. Onun kolleksiyasında 1,7 milyon dollarlıq "Bugatti Veyron" və 4,8 milyon dollarlıq "Koenigsegg CCXR Trevita" da var. Meyvezer avtomobil kolleksiyasının ümumi dəyərinin 20 milyon dollara yaxın olduğunu bildirib.

O, bir neçə mülk alsa da, Las Veqasdakı 10 milyon dollarlıq villasında yaşayır. Malikanənin ümumi sahəsi 22 min kv. metrdir.

Ayaqqabılara da xüsusi marağı olan döyüşçü aldığı normal ayaqqabısını sadəcə bir dəfə geyinir. O, açıqlamasında alt paltarlarına ildə 6500 dollar xərcləriyini söyləyib. Zinət əşyalarını sevən boksçu evində təxminən 7 milyon dollarlıq boyunbağı olduğunu deyib.

Xüsusi təyyarəsi olsa da, cangüdənlərini ayrı təyyarəyə mindirir. Buna səbəb isə təyyarədə ağırlıq yaradacaqlarından qorxmasıdır.

Bu sərvətə sahib olmaq üçün çox çalışdığını bildirən Meyvezer məşq üçün hər gün saat 3-də yuxudan oyandığını deyib.

UFC ilə imzalanacaq saziş onun istədiyi şəkildə gerçəkləşərsə, Meyvezer hələ uzun müddət dünyanın ən çox qazanan idmançılarının siyahısında birinci sırada olacaq.
 
Çingiz