Dünya 16:07 06.12.2018

Dünyanın ən güclü qadınları açıqlandı

"Forbes" jurnalı "dünyanın ən güclü 100 qadını" siyahısını dərc edib.

Qaynarinfo xəbər verir ki, jurnal Almaniya kansleri Angela Merkeli 8-ci dəfə dünyanın ən güclü qadını və Avropanın ən güclü lideri adlandırıb. 2021-ci ildə keçiriləcək seçkilərdə namizəd olmayacağını açıqlayan kansler iqtisadi böhrana baxmayaraq ölkənin inkişafına nail ola bilib. 

2-ci yerdə Böyük Britaniyanın baş naziri Tereza Mey, 3-cü sırada Beynəlxalq Pul Fondunun rəhbəri Kristin Laqarde layiq görülüb. 4 və 5-ci yerlərdə müvafiq olaraq "General Motors"un baş icraçı direktoru Meri Bara, "Fidelity" şirkətinin rəhbəri Abiqeyl Conson qərarlaşıb. 

100-lükdə yer alan ən gənc qadın 28 yaşlı amerikalı müğənni Teylor Svift, ən yaşlı qadın isə 92 yaşlı İngiltərə kraliçası II Elizabet olub. 

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!