Foto 09:00 21.02.2019

Dünyanın ən gözəl qızı böyüyüb model oldu (FOTOLAR)

Dünyanın ən gözəl uşağı olaraq tanınan Tilane Blondeau 17 yaşına çatıb.

Qaynarinfo xəbər verir ki, uşaqlıqdan dünya mediasında olan fransalı gözəl artıq modelliyə başlayıb. 

Blondeau ilk dəfə 4 yaşında dəfiləyə çıxıb, 6 yaşında isə "Vogue" dərgisinin üz qabığına çıxıb. Bundan sonra o, "Dünyanın ən gözəl uşağı" adlandırılıb.

Bu günlərdə o, gözəlliyi ilə London Moda Həftəsinə dağma vurub. Bazar ertəsi Roundhausda keçirilən "The Fabulous Fund Fair"a qatılıb.