İdman 21:48 24.03.2018

Dünyanın ən məşhur hakimlərindən biri Azərbaycanın oyununda

Məşhur türk hakim Cüneyt Çakır Azərbaycan millisinin oyununa təyinat alıb. 

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, referi Antalyadakı "Mardan" stadionunda keçiriləcək Azərbaycan - Makedoniya yoxlama oyununda videotəkrara (VAR) nəzarət edəcək. Digər video köməkçi hakim Hüseyn Göçek olacaq.

Xatırladaq ki, matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halis Özkahya olacaq. Ona Kemal YılmazKerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

Qeyd edək ki, oyun martın 27-si baş tutacaq və Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.