Dünya 18:36 05.03.2020

Dünyanın ən məxfi sualtı qayığının şəkli yayıldı (FOTO)

Mediada Delfin tipli sualtı qayığın fotoları yayımlanıb.

Qaynarinfo xəbər verir ki, söhbət bu növlər arasında ən məxfi hərbi işi sayılan yeganə Kuba sualtı qayığından gedir.

"Forbes”in qeyd etdiyi kimi, indiyə kimi bu sualtı qayıq cəmi iki dəfə obyektivlərə tuş gəlib, üstəlik görüntüsü bulanıq olub. Son 15 ildə yalnız iki bulanıq foto və bir neçə peyk şəkli çəkilib.

Hazırda Kuba donanması məlum olduğu kimi, bərpa edilən köhnə sovet texnikalarından istifadə edir. Delfinin də bənzər bir şəkildə yığıldığı güman edilir.
 
Alpər