Dünya 13:14 08.02.2019

Dünyanın ən qısa evliliyi 3 dəqiqə çəkdi

Küveytdə 3 dəqiqə öncə övlənn qadın binadan çıxan kimi boşanma qərarı alıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb binadan çıxanda bəyin büdrəyib yıxıldığı üçün gəlinə "axmaq" deyərək lağ etməsi olub. Dərhal məhkəməyə müraciət edən qadın bəyin bu davranışının yolverilməz olduğunu və ondan ayrılmaq istədiyini bildirib.

Bu, ölkənin ən tez boşanma davası olaraq tarixə keçib.

Sözügedən məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub və istifadəçilərin çoxu gəlinin bu addımını dəstəkləyib.