İdman 10:39 06.08.2017

Dünyanın ən sürətli adamı belə uğurlandı (VİDEO)

Yamaykalı atlet Hüseyn Bolt son yarışlarından birini keçirib.

"Qaynarinfo" "Guardian"a istinadən xəbər verir ki, 100 m məsafədə sonuncu dəfə dünya 1-ciliyi üçün yarışan əfsanəvi atlet 3-cü yeri tutub. Yarışın qalibi 9,92 saniyə ilə 35 yaşlı ABŞ-lı Castin Qatlin olub, 2-ci yerə isə digər amerikalı idmançı Kristian Koulmən yiyələnib. 

Yarışın yadda qalan ən əsas məqamı Qatlinin qalib olmasına baxmayaraq Hüseyn Bolt qarşısında diz çökməyi və ona səcdə etməyi olub. 

Qeyd edək ki, Qatlin 2 dəfə dopinq qadağasına məruz qalıb, hətta 2006-cı ildə yarışlardan 4 il müddətinə uzaqlaşdırılıb.

Hüseyn Bolt isə açıqlamalarında artıq qocaldığını və getmək lazım olduğunu deyib.

Gülşən

Qaynarinfo.Az