Dünya 21:17 25.03.2018

Dünyanın ən uzun 2-ci səfəri gerçəkləşdi

Avstraliya havayolu şirkəti Qantas İngiltərəyə birbaşa səfər həyata keçirib.

Qaynarinfo xəbər verir ki, 17 saat davam edən uçuş 17 saat davam edib və dünyanın ən uzun 2-ci səfəri statusunu qazanıb. "Boeing 787-9 Dreamliner" sərnişin təyyarəsi 200 sərnişin və 16 ekipaj üzvünü daşıyıb və 14 min 498 km məsafə qət edib. 

Daha əvvəl Doha-Ouklənd səfərini həyata keçirən təyyarə 14 min 529 km qət edərək liderliyə yüksəlmişdi. Lakin bu uçuş 14 saat davam etmişdi.

Qeyd edək ki, əvvəllər bu uçuşu həyata keçirən təyyarə 7 dəfə dayanır, səfər 4 gün çəkirdi.

Gülşən