Dünyanın ən yaşlı əri yaponiyalı Masao Matsumomto Takamatsu şəhərində vəfat edib.
Qaynarinfo xəbər verir ki, 108 yaşlı kişi ürək çatışmazlığından ölüb.
Qeyd edək ki, Masao Matsumomto 102 yaşlı Miyako ilə evli idi. 81 il 201 gün birlikdə ömür keçirmiş Matsumomto ailəsi dünyanın ən yaşlı cütlüyü hesab edilirdi.
Onlar 2018-ci ildə norveçli cütlük Karl və Qurdren Dolvenin rekordunu 57 gün üstələyərək Ginnesin Rekordlar Kitabına düşmüşdülər.
Gülşən
Şərhlər