İdman 11:26 12.06.2013

Dünyanın ən varlı klubları - SİYAHI

"Mançester Siti” ən çox məvacib ödəyən komandalar sırasında birincidir.

Dünyanın ən varlı klubları məlum olub. Ann.az-ın verdiyi xəbərə görə, "Mançester Siti” dünyanın ən varlı klubu elan olunub. İngiltərə çempionu dünyanın idman klubları arasında ən çox məvacib cədvəli olan komandadır. Klub 2012-ci ildə hər bir oyunçuya il ərzində 5,2 milyon funt və ya həftəyə 100,7 min funt ödəyib.

İkinci yerdə orta hesabla hər bir oyunçuya verilən məvacibə görə "Los Anceles Dodcers”dir. Burada məvacib il ərzində orta hesabla 4, 86 milyondur. 

İlk üçlüyü "Real” (Madrid) klubu qapadır: 4,718 nilyon funt.

1. "Mançester Siti” 5,2 milyon funt

2. "Los Anceles” – 4.86

3. "Real” – 4,718

4. "Barselona” – 4,69

5. "Nyu-York Yankis” – 4,649

6. "Milan” – 4,251

7. "Leykers” – 4,09

8. "Çelsi” – 4,058

9. "Bavariya” – 4,0

10. "İnter” – 4,0

11. "Mançester Yunayted” – 3,92

15. "Arsenal” – 3,66

21. "Liverpul” – 3,35

35. "Yuventus” – 2,96

51. "Tottenhem” – 2,6

56. "Borussiya” Dortmund – 2,36

58. "Roma”– 2,35

61. "Şalke” – 2,3

Qaynar.info