Foto 14:03 25.02.2020

Dünyanın ən yaşlı atası söndürə bilmədiyi siqaret səbəbindən öldü

Dünyanın ən yaşlı atası kimi tanınan Ramcit Raqav siqaretinin yatağına düşməsi və onu söndürə bilməməsi səbəbindən 104 yaşında dünyasını dəyişib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə evdən səslər gəlməyə başlayıb və yaşlı kişinin köməyinə qonşuları çatıb. İlkin müdaxilə edilsə də, xəstəxanada onun həyatını xilas etmək mümkün olmayıb.

Hindistanda yaşayan Ramcit 94 və 96 yaşlarında ata olaraq ardıcıl dünya rekorduna imza atıb. Onun 2008-ci ildə doğulan ilk oğlu 2013-cü ildə qaçırılmışdı. Qısa müddət sonra isə həyat yoldaşı da oğlu ilə birgə evi tərk etmişdi.

Racit o zaman verdiyi açıqlamasında həyat yoldaşı evi tərk etdiyi üçün yaxşı qidalanmadığını, onlar üçün darıxdığını və ölməyin daha yaxşı seçim olduğunu düşündüyünü bildirmişdi.
 
Camal