Foto 10:46 01.03.2022

Dünyanın ən yaxşı hərbi pilotu Ukraynada həlak oldu (FOTOLAR)

Dünyanın ən yaxşı qırıcı pilotlarından biri, ukraynalı polkovnik Oleksandr Oksançenko hava döyüşündə həlak olub. O, düşmən təyyarələrini özünə yönəldib.

Qaynarinfo xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski polkovnik Oksançenkonu ölümündən sonra Ukrayna Qəhrəmanı adına layiq görüb.

"Hazırda Ukrayna Qəhrəmanı olan polkovnik Oleksandr Oksançenko hava döyüşündə düşmən təyyarələrini özünə tərəf yönləndirərək həlak oldu... Heyif ki, sağlığında Ukrayna Qəhrəmanı adı almadı, o, buna dəyərdi... O, mənim üçün əbədi Qəhrəmandır. Və həmişə sağdır”, - Lana Borisova Facebook-da yazıb.
 
Alpər