Ekonomiks 11:04 20.10.2018

Dünyanın ən yaxşı işəgötürənləri: siyahıda azərbaycanlı milyarderin də şirkəti var (SİYAHI)

"Forbes" nəşri dünyanın ən yaxşı şirkətlərinin siyahısını açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, ilk "onluq" aşağıdakı kimidir:

1. Alphabet
2. Microsoft
3. Apple
4. Walt Disney
5. Amazon.com
6. CNOOC
7. Daimler
8. Kasikornbank
9. Celgene
10. BMW Group

500 şirkətin adı olan siyahıda azərbaycanlı milyarder Vahid Ələkbərovun "LukOil" neft-qaz şirkətinin də adı var. Belə ki, şirkət bu siyahıda 450-ci yerdədir.
 
1991-ci ildə əsası qoyulan şirkətdə 1970 işçi çalışır. "LukOil"in bazar dəyəri 60,4 milyard dollardır.
 
Çingiz Səfərli