İdman 19:16 11.03.2013

Dünyanın ən zəngin futbolçuları (SİYAHI)


Dünyanın ən zəngin futbolçularının adları açıqlanıb.

Goal.com-un verdiyi məlumata görə, siyahıya ingiltərəli Devid Bekhem başçılıq edir. Bir müddət əvvəl Fransa PSJ-si ilə müqavilə imzalayan Bekhem 200 milyon avro ilə siyahıya başçılıq edir.

Siyahlıda ikinci yeri Lionel Messi (134 milyon avro), üçüncü yeri Kriştiano Ronaldo (130 milyon avro) turur. Son zamanlar “Real”ın ilk 11-liyinə düşməkdə çətinlik çəkən Kaka (80 milyon avro) dördüncü, Ronaldinyo (73 milyon avro) isə beşinci sıradadır (qol.az).