Dünya 23:34 04.03.2019

Dünyanın ən zəngin qadın və kişi milyarderi (FOTO)

"Forbes” dünyanın ən zəngin biznesmeninin adını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, "Amazon”un qurucusu Ceff Bezos ikinci il dalbadal reytinq cədvəlində birincidir. Jurnal iş adamının sərvətinin 131 milyard dollar olduğunu qeyd edib. Bezos son bir ildə sərvətini 19 milyard dollar artırıb. 



Nəşrin yaydığı məlumata əsaəsn, dünyanın ən varlı qadını "L`Oreal" kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersdir. Onun sərvəti 49,3 milyard dollardır.