Dünya 17:56 28.01.2019

Dünyanın ilk ağıllı marixuana satış aparatı istifadəyə verildi

ABŞ-ın Los-Anceles şəhərində dünyanın ilk ağıllı avtomatik marixuana satış aparatı istifadəyə verilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, müştərilər bu aparatdan istifadə etməklə istədikləri növ marixuana ala bilirlər. Bunun üçün sadəcə məhsulu seçmək və kartla yaxud Apple Pay ilə ödəniş etmək kifayətdir.

Dəzgahı istehsal edən şirkətin CEO-su Zak Conson bu aparat üzərində bir ildən çox çalışdıqlarını bildirib. Aparat həmçinin üztanıma texnologiyası sayəsində müştərilərin kimliklərini və yaşlarını müəyyənləşdirə bilir.

Şirkət rəhbəri daha əvvəl yarım saata alına bilən məhsulun artıq tək toxunuşla iki dəqiqəyə alına bildiyini deyib.