Ekonomiks 23:59 22.12.2018

Dünyanın varlıları bu il nə qədər pul itirib?

"Bloomberg” agentliyi 2018-ci ildə dünyanın ən varlı adamlarının itirdiyi məbləği açıqlayıb.

Qaynarinfo agentliyə istinadən xəbər verir ki, "Bloomberg Billionaires Index” siyahısına daxil olan ən varlı 500 biznesmenin sərvəti bu il 511 milyard dollar azalıb. İndi onların ümumi varidatı 4,7 trilyon dollardır.

Dünyanın ən varlı adamı olan "Amazon”un sahibi Ceff Bezos il ərzində 53 milyard dollar ziyana düşüb. Onun aktivləri pik dövründə 168 milyard dollar həcmində qiymətləndirilirdi. İndi isə varidatı 115 milyard dollardır.

Siyahıya daxil olan 173 ABŞ milyarderi ilin əvvəlindən ümumilikdə 5,9 faiz kapital itirib. Onların var-dövləti hazırda 1,9 trilyon dollardır.