Ölkə 10:21 26.10.2020

Düşmən Daşkəsəni atəşə tutdu: Meşədə yanğın başladı

Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub.

"Report"un məlumatına görə, əraziyə 3 yanğınsöndürən maşın göndərilib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.