Dünya 11:50 17.09.2018

Düşmən qardaşlar yenə görüşəcək

Sabah Şimali və Cənubi Koreya liderləri yenidən görüşəcək.

Qaynarinfo xəbər verir ki, Cənubi Koreya prezidenti Mun Çey In Şimali Koreyanın paytaxtı Pxençana Kim Çen Inla görüşmək üçün səfər edəcək. Səfər 3 gün davam edəcək və liderlər azı 2 dəfə qarşılaşacaq. Görüşün əsas mövzuları Koreya yarımadasının nüvə silahından təmizlənməsi, ABŞ-Şimali Koreya münasibətləri, müharibə təhlükəsini aradan qaldırmaq olacaq. 

Qeyd edək ki, tərəflər bu ilin aprel ayında ilk dəfə görüş keçirmişdi.

Gülşən