Ölkə 15:25 30.09.2020

Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə tutuldu (RƏSMİ)

Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə tutub.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.