Ekonomiks 15:34 06.08.2013

Dövlət ipoteka kreditlərinin həcmi açıqlandı

İpoteka alanların 39%-i 18-29 yaşında gənclərdir.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən verilmiş kreditlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 87,6% və 34,42 mln. manat artaraq 73,69 mln. manat təşkil edib.

APA xəbər veriri ki, ümumiyyətlə, 2006-2012-ci illər ərzində (2008-ci ildə Fond tərəfindən ipoteka kreditləri ayrılmayıb) AİF tərəfindən ayrılmış kreditlərin həcmi 420,23 mln. manat təşkil edib.

Cari ilin ilk yeddi ayı ərzində AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 42,03 mln. manat təşkil edib.

Fond hesabat dövründə 34 mln. manatlıq ipoteka istiqrazları yerləşdirib.

Dövlət büdcəsindən yanvar-iyul ayları ərzində AİF-ə ayrılmış vəsaitin həcmi 40 mln. manat təşkil edib.

Hesabat dövründə ipoteka krediti alanların 39%-i 18-29 yaş, 33%-i 30-35 yaş, 28%-i isə 36 yaşdan yuxarı olub.

Qaynar.info