Ekonomiks 16:50 28.01.2022

Dövlət Neft Fondu Türkiyə Mərkəzi Bankında depozit yerləşdirdi

Bu ay Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib.

Bu barədə Qaynarinfo-ya Fonddan bildirilib.

Məlumatda deyilir ki, depozit 6 aya qaytarmaq şərti ilə yerləşdirilib.

Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və qaydaları çərçivəsində həyata keçirilib və ötən gün yekunlaşıb.